Malone Souliers dəb aləmində yeni ad olsa da artıq qırmızı xalıda onun dizaynlarını kifayət qədər çox görmüşük. Brendin yaradıcısı Mary Alice Malone məktəb dövründə idmana daha çox həvəs göstərsədə bir müddət sonra incəsənətin onu daha çox cəlb etdiyini başa düşərək, öncə Koloradoda yerli incəsənət məktəblərindən birində, daha sonra isə Londonda College of fashion`da təhsil almağa başladı. Bir ildən çoxdur ki, Malone Souliers brendini yaradıb.
İntervyularından birində Mary qeyd etmişdi : “Hündür dabanlı çəkmələr sizin görünüşünüzü, bədəninizin dinamikasını, yerişinizi, dünyada özünüzü necə ifadə etməyinizi və hətta cəmiyyətin sizə münasibətini dəyişdirə biləcək həmin detaldır”.