Gargara Forum » Azərbaycan » İslami Mövzular » Qətiyyətli dua qədərin açarıdır

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 16 Nisan 2016, 22:35   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Qətiyyətli dua qədərin açarıdır




Demək olar ki, hər gün rastlaşdığınız, çox yaxşı bildiyinizi və çox yaxşı anladığınızı düşündüyünüz bəzi mövzular var. Belə ki, çox vaxt bu mövzunu daha yaxşı anlamağınızın mümkün olmadığını zənn edirsiniz. Ancaq bəzən elə bir söz eşidirsiniz, elə fərqli izaha şahid olursunuz ki, o çox yaxşı bildiyinizi düşündüyünüz mövzuda əvvəlcə heç düşünmədiyiniz yeni bir pəncərə açılır. Bir anda bütün düşüncələriniz dəyişir. O mövzudakı bütün qaranlıqlar aydınlaşır. Çox yaxşı bildiyinizi düşündüyünüz mövzunu sanki ilk dəfə eşidirmiş kimi yenidən öyrənirsiniz.
İnsanın həyatının fərqli mərhələlərində daim yeni və daha dərin məlumat əldə edəcəyi mövzulardan biri duadır. İman gətirən insan Allah’ın bütün dualara qarşılıq verəcəyini bilir və bu həqiqətə tam yəqinliklə inanaraq iman gətirir. Ancaq insanın Allah’a olan yaxınlığı, imani dərinliyi, qədər anlayışı formalaşdıqca, dua mövzusundakı məlumatları da dərinləşir və formalaşır. Quran ayələrini çox yaxşı bilməsinə baxmayaraq, eyni ayələri təkrarən oxuduğu zaman o ayələri daha yaxşı anlayır. İmanda qətiyyətli olan hər insanın həyatının sonuna qədər bu vəziyyət davam edir.
Dua mövzusunda insanın eşitdiyi zaman ürəyinin açılmasına vəsilə olan məlumatlardan biri də, duanın qədərin açarı olmasıdır. Bu, Allah’ın adətullahının bir hissəsidir. Müsəlmanlar sevgi və şövqlə Allah’dan istədikləri zaman, Allah’ın izni ilə, bu dua reallaşır.
Bu, bir çox insanın bilmədiyi bir sistem və Allah’ın sirridir. Dua edildiyi zaman Allah’ın qədəri hərəkətə keçir. Xüsusilə də birlikdə edilən dua çox təsirlidir. Müsəlmanlar birlikdə, qətiyyətlə və səbəblərə sarılaraq dua etdikdə, insanların reallaşmasına ehtimal vermədikləri hadisələr belə Allah’ın izni ilə reallaşır. Allah dünyanı bu adətullahla yaratmışdır.
Allah insanların qədərin bu sirrini qavraya bilmələri üçün Quranda bir çox nümunə vermişdir: Hz. Yunus (ə.s) balığın qarnında Allah’ı çox zikr edərək dua etmiş və Allah onu bu vəziyyətdən qurtarmışdır. Hz. Musa (ə.s) və qövmü dənizlə Fironun ordusunun arasında qaldıqları zaman hz. Musa (ə.s) Allah’a tam təslimiyyətlə güvənərək dua etmiş, Allah onu və qövmünü möcüzəvi şəkildə qurtarmışdır. Peyğəmbərimiz (s.ə.v) də dostu ilə birlikdə mağarada ikən Allah’ın sonsuz gücünə könüldən təslim olmuş, Allah onu inkar edənlərin tələlərindən qoruyub qalib etmişdir. Eynilə hz. Yusuf (ə.s) quyunun dibinə atıldığı zaman da Allah ona sonsuz mərhəməti ilə kömək etmişdir. Hz. İbrahim (ə.s) oda atıldığı zaman da yenə Allah’ın sonsuz lütfü təcəlli etmiş və Allah hz. İbrahim (ə.s) üçün odu sərinlətmişdir. Hz. Zəkəriyya (ə.s) isə Allah’a dua etmiş və yoldaşı da, özü də yaşlı olmalarına baxmayaraq, Allah’ın lütfü ilə hz. Yəhyanın (ə.s) doğulması ilə müjdələnmişdir.
Allah peyğəmbərlərinin səmimi dualarına verdiyi qarşılığı Qurandakı bəzi ayələrdə bu şəkildə xəbər verir:
Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allah’a tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (Saffat surəsi, 139-148)
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!” Biz Musaya: “Əsanla dənizə vur!” (– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Şuara surəsi, 61-67)
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)
Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq, Yusuf və onun qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (Yusuf surəsi, 8-9)
(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (Yusuf surəsi, 15)
(Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi. Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər. (Yusuf surəsi, 19-20)
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (Yusuf surəsi, 21-22)
Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (Ənbiya surəsi, 59-61)
Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, tanrılarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.(Ənbiya surəsi, 68-70)
Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (Ənbiya surəsi, 89-90)
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”. (Ali İmran surəsi, 38-40)
Quranda bəhs edilən bu nümunələrlə öz həyatlarında qarşılaşan bəzi insanlar o ankı şərtlərin dəyişməsinin mümkün olmadığını düşünürlər. Ümidsiz və inancsız olduqları üçün də Allah’ın gücünü lazımi şəkildə təqdir edə bilmir, Allah’a səmimiyyətlə və tam təslimiyyətlə güvənərək dua edə bilmirlər. Bu, insanların qətiyyətli duanın sirrini bilməmələrindən və duanın qədərin açarı olmasından xəbərsiz olduqlarından qaynaqlanır.
Halbuki, Allah diləsə, insanların qəflətə qapılaraq imkansız dedikləri hər şey bir anda reallaşar. Necə keçmişdə Allah elçilərinə, saleh möminlərə kömək etdisə, imkansız zənn etdikləri hadisələr reallaşdısa, bu vəziyyət insanların həyatları üçün də etibarlıdır.
Belə ki, hər insanın həyatında çox istədiyi, lakin reallaşması çox çətin göründüyü vəziyyətlər ola bilər. Bu çətin vəziyyətlər insanı əsla aldatmamalıdır. Duanın qədərin açarı olduğunu və dua edildiyi zaman Allah’ın qədərinin hərəkətə keçdiyini əsla unutmamaq və Allah’a inanaraq istəmək çox əhəmiyyətlidir. Belə ki, Rəbbimiz hz. Musaya (ə.s) yol açdısa, Peyğəmbərimizə (s.ə.v), hz. Yunusa (ə.s), hz. İbrahimə (ə.s), hz. Zəkəriyyaya (ə.s), hz. İbrahimə (ə.s) kömək etdisə, onlar kimi bütün səmimi müsəlmanların da dualarına mütləq rəhməti ilə qarşılıq verəcəkdir.
Bir şeyin reallaşmasını çox istəyən mömin də eynilə hz. Yunus (ə.s) kimi Allah’ı çox zikr edəcək, Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) kimi, hz. Musa (ə.s) kimi ən çətin şəraitdə belə “Əlbəttə, Allah bizimlə bərabərdir” deyəcək və heç bir şübhəyə qapılmadan Allah’ın gücünə dərin imanla iman gətirib güvənəcək. Bu zaman Allah’ın duadakı sirri reallaşacaq və Allah’ın izni ilə qədər bu istiqamətdə hərəkət etməyə başlayacaq.
Böyük İslam alimi İmam Rəbbani bir sözündə möminlərə bu əhəmiyyətli həqiqəti bu şəkildə xatırladır:
“Bir şeyi istəmək, ona nail olmaq (onu əldə etmək) deməkdir; Zira Allahu-Təala qəbul etməyəcəyi duanı quluna etdirməz” (İmam Rabbani)


  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks

Seçenekler Arama
Stil


Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort