Gargara Forum » Azərbaycan » İslami Mövzular » Quranda cinlər

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 14 Nisan 2016, 22:42   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Quranda cinlər




Cinlər haqqında əsrlərlə bir çox iddia irəli sürülmüşdür. Ancaq hər sahədə olduğu kimi, cinlər haqqında da doğru məlumat alacağımız mənbə müqəddəs kitabımız Qurani-kərimdir.
Quranda cinlərin yaradılışı, insanlarla münasibətləri, həyat tərzi haqqında bir çox məlumat verilmişdir.
Quranda cinlərin oddan yaradıldığı bildirilir. Mövzu ilə əlaqədar ayələr belədir:
Cannı (cini) da tüstüsüz oddan O xəlq etdi. (Rəhman surəsi, 15)
Cannı daha öncə qızmar oddan xəlq etmişdik. (Hicr surəsi, 27)
Quran ayələrinə nəzər saldıqda cinlərin də eynilə insanlar kimi həyatı olduğu məlum olur. Ayələrdən cinlərin də gəlib-getmiş ümmətlərindən bəhs edilir. Onların da nəsilləri, əcdadları var (“Əraf” surəsi, 38; “Kəhf” surəsi, 50). Ancaq cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.
Allah cinlərin yaradılış məqsədini “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zəriyət surəsi, 56)” ayəsi ilə bildirmişdir. Onlar da elçilər və elçilərə nazil edilən kitablar vasitəsilə xəbərdar edilib qorxudulur, dünya həyatındakı əməlləri ilə sınanır, ibadət və itaət edir, nəticədə Allahdan qarşılıq alırlar. Allah Quranda belə bildirir:
Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər. (Ənam surəsi, 130)
Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanları bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bər-bəzəyinə aldanır, xəbərdar edildikləri halda, doğru yoldan uzaqlaşırlar. Ayələrdən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən eşidib öyrəndiklərini öz tayfalarına danışdıqları məlum olur. Allah “Əhqaf” surəsində cinlərin hz. Muhəmmədin (s.ə.v) təbliğini dinlədiklərini belə bildirir:
Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda: “Qulaq asın!” – dedilər və (Quran oxunub) qurtardıqdan sonra qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! (Əhqaf surəsi, 29-30)
Allah bir çox Quran ayəsində cinlərə və insanlara birlikdə müraciət edir, müxtəlif öyüd-nəsihətlər verir və onları cəhənnəm əzabı ilə qorxudur. “Əraf” surəsinin 38-ci ayəsində Allah: “Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!..” - buyurur. Hz. Muhəmmədə (s.ə.v) hidayət rəhbəri kimi nazil edilən Quranı təkzib edən cin və insanların vəziyyəti isə “İsra” surəsində belə bildirilir:
De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
Allahın cin və insanlara birlikdə müraciət etdiyi ayələrdən bəziləri belədir:
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! (Əhqaf surəsi, 18)
Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)
İman gətirən cinlər
Ayələrdə cinlərdən bir qisminin Allaha iman gətirib doğru yola tabe olduqlarından, bir qisminin də iman gətirmədiyindən bəhs edilir. Müsəlman cinlər Quran oxunarkən onu dinləyirlər:
De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedi: “Biz çox heyrətamiz bir Quran eşitdik. O, doğru yola yönəldir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O, Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! (Cinn surəsi, 1-3)
Cinlərin bəziləri Allahı təqdis edib şanını ucaldan, Ona heç kimi şərik qoşmayan müsəlman varlıqlardır. Qurana heyrandırlar, Allahın əmr və tövsiyələrini yerinə yetirirlər. Onlar öz aralarında iman gətirməyən cinlərin olduğunu bilir və bunu belə ifadə edirlər:
Doğrusu, bizim səfehlərimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, insanlar da, cinlər də Allaha iftira atmazlar. (Cinn surəsi, 4-5)
Cinlər öz aralarında müxtəlif qruplardan təşkil olunublar. Bəziləri səmimi müsəlman, bəziləri müşrik, bəziləri Allaha iftira atanlardır. “Cinn” surəsinin ardında cinlərdən iman gətirən cinlər haqqında bu ümumi məlumatları verirlər:
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik… (Cinn surəsi, 11-13)
Cinlər də eynilə insanlar kimi Allahın kitabından məsuldurlar. Onları da bütün əməllərinə görə Allah sorğu-sual edəcək və heç bir haqsızlığa məruz qalmadan əməllərinin əvəzini alacaqlar. İman gətirən cinləri Allah gözəl mükafatla müjdəmişdir:
... Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Cinn surəsi, 13-14)
Allaha iman gətirməyib zülm edənlərin sonunu Allah ayələrdə belə bildirir:
(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar. (Cinn surəsi, 15)
... Mən Cəhənnəmi bütün (kafir) cinlər və insanlarla dolduracağam!.. (Hud surəsi, 119)
Hz. Süleymana xidmət edən cinlər
Ayələrdən Allahın iznilə cinlərlə insanların görüşməsi, hətta cinlərin insanların əmrinə tabe olduqları məlum olur. Allah cinləri hz. Süleymanın əmrinə tabe etmiş, hz. Süleyman onlardan müxtəlif işlərdə istifadə etmişdir:
... O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. (Səba surəsi, 14)
Quranda cinlərin gələcəyə dair xəbərləri bilmədiyi açıqlanmışdır. Buna görə, cinlərin Allahın izni olmadan insanlara qeybdən xəbər verməsi mümkün deyil. Belə ki, “Səba” surəsinin 14-cü ayəsində xəbər verildiyi kimi, hz. Süleymanın ölümündən sonradan xəbərdar olmaları buna dəlildir. Habelə, “Nəml” surəsinin 65-ci ayəsində bildirildiyi kimi: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!..”
Bundan əlavə, Quranda cinlərdən İfrit hz. Süleymana o hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və: “Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Nəml surəsi, 39)” - deyə bildirmişdir. Bu, onun bir yerdən başqa yerə böyük sürətlə hərəkət etdiyinə, bir maddəni başqa yerə apara bildiyinə işarə edə bilər (ən doğrusunu Allah bilir).
Cinləri Allaha şərik qoşanlar
Bəzi insanlar cinlərin özlərinə aid gücü olduğuna inanırlar. Halbuki, bu, çox böyük səhvdir. Çünki cinləri yaradan Allahdır və onların özlərinə aid heç bir gücü yoxdur. Allah istəməsə, onlar hər hansı insana zərər və ya fayda verə bilməzlər. Ancaq buna baxmayaraq, insanların bir qismi cinlərə pənah aparırlar:
Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və ucadır. (Ənam surəsi, 100)
Allah Quranda insanların cinlərlə əlaqə quraraq azdıqlarını belə bildirir:
Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı. (Cinn surəsi, 6)
Bir ayədə mələklərin də bəzi insanların cinlərə ibadət etdiklərini bildirdikləri belə xəbər verilir:
(Mələklər) deyirlər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. (Səba surəsi, 41)
İnsanların cinləri Allaha şirk qoşmalarının və onlardan yardım gözləmələrinin ən mühüm səbəblərindən biri, yuxarıda da bildirdiyimiz kimi, onların qeybi bildiklərini düşünmələridir. Halbuki, bu, səhvdir. Çünki Allah Quranda cinlərin qeybi bilmədiklərini bildirir (Səba surəsi, 14). Ayələrdə cinlərin insanlar üçün yolgöstərici olmadığı, hətta insanları doğru yoldan azdırmaq üçün onlara cəlbedici sözlər pıçıldadığı bildirilir. Ancaq unutmaq olmaz ki, Allah istəməsə, cinlərin insanlar üzərində təsiri olmaz. Onları Allah yaratmışdır və onlar da kainatdakı bütün canlılar kimi, Allahın əmri ilə hərəkət edirlər:
Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə tərk et! (Ənam surəsi, 112)
Həm insanları doğru yoldan azdıran cinlər, həm də cinlərdən Allaha şərik qoşanları Allah sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaq. Dünya həyatında cinlərin təmtəraqlı sözlərinə aldananlar axirətdə çox böyük səhv etdiklərini anlayacaqlar. Çünki o gün bütün şirk qoşduqları şeylər onlardan uzaqlaşacaq, Allahın hüzurunda tək olduqlarını dərk edəcəklər. Cəhənnəm əzabı ilə cəzalandırılacaqlarını anladıqda isə belə yalvaracaqlar:
Kafir olanlar dedilər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımızın altına salaq, yerlə yeksan olsunlar!” (Fussilət surəsi, 29)
Başqa bir ayədə onların odda əbədi qalacağını Rəbbimiz belə bildirir:
Onların hamısını toplayacağı gün (deyəcəkdir): “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir. (Ənam surəsi, 128)
Cənab Adnan Oktarın cinlər haqqında verdiyi məlumatlar
Cinlərin görünüşü necədir?
"Cinlər, adətən, insanları narahat etmək istəmirlər. Görünüşləri belədir: cinlərin ayaq ucları konus kimi olur, yəni ayaq ucları itidir. Sırf bu xüsusiyyət bir insana narahat olması üçün kifayət edər. Bir qismi uzun boylu olur. Bir qismi çox qısa boylu olur. Onların ənənəvi geyimlərindən biri papaqdır, qırmızı papaq qoyurlar, uzun, ucu şiş qırmızı papaqları olur, dünyanın hər yerində onları görənlər belə görür, yəni bu onların klassik görünüşləridir. Amma istəyəndə bir heyvan görünüşünə də girə bilirlər. Məsələn, əqrəb, pişik, ilan şəklinə də girə bilirlər. Yəni cinlər çox qabiliyyətlidirlər. Cin əşya şəklinə də girə bilər. Amma insanları qorxutmalarını Allah qadağan etmişdir. Yəni insanlara yanaşa bilmirlər, o şəkildə görünə bilməzlər. Üzləri də o qədər düzgün olmur. Lakin istəyəndə çox gözəl insan şəklinə girə bilərlər. Məsələn, çox gözəl bir qadın görünüşünə, gözəl bir insan görünüşünə girə bilərlər. Yəni o qabiliyyətləri də var, amma normal halları məqbul deyil. Onun üçün də insanlarla o cür görüşmək istəməzlər. Bəzən suda görünmə hadisələri olur, bu da insanları qorxudur. Yəni suda görünə bilərlər. Görmələrini tövsiyə etmirəm. Lakin çox əhəmiyyətli mövzularda məlumat almaq üçün ola bilər, yəni çox həyati mövzularda, dəhşətli bir mövzudursa, yəni müsəlmanlar, həqiqətən, çətin vəziyyətdədirsə, məlumat almaq olar.” (Cənab Adnan Oktarın 31 oktyabr 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Unutmaq olmaz ki, cinlər eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər verə bilməyəcəkləri kimi, fayda da verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və əməlləri ilə axirətdə qarşılıq görəcəklər. Cinləri fərqli bir aləmdə yaradan aləmlərin, göylərin, yerin və bu ikisi arasındakıların Rəbbi, aləmlərdən münəzzəh olan uca Allahdır.
Cinlər işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil
"Cinlər çox yaşayırlar. Məsələn, 1300 il, 1400 il yaşayırlar. Yəni işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil. Normal halda, onlar bizim kimi yaşayır, amma işıq sürəti ilə hərəkət etdirlər”. (Cənab Adnan Oktarın 31 oktyabr, 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər hansı dildə danışırlar?
"Onların öz dilləri var. Əcaib bir dildir. Başa düşmək mümkün deyil. Yadplanetli dili kimi. Özlərinə xas xüsusi dilləri var. Amma hər cür dili də anlayırlar. Yəni belə düşünə bilərik. O ölkədə yaşayanlar, o ölkənin dilini öyrənə bilərlər. Məsələn, Fransadakı bir cin bir anda Türkiyəyə gələ bilər. Yarım saniyədə gəlir. Bu səbəbdən, bu qədər dil bilirlər. Çünki bilmədikləri bir şey yoxdur". (Cənab Adnan Oktarın 25 may, 2010-cu il tarixli HarunYahya TV müsahibəsindən)
Cinlərlə əlaqə qurmaq mümkündür, amma ruhlarla əlaqə qurmaq mümkün deyil
Adnan Oktar: İnsanlar bəzən cinləri ruh zənn edirlər. Deyirlər ki, ruh gəldi. Ruh heç bir şəkildə gəlməz. Yəni gedən ruh bir daha gəlməz. Hz. İsa əleyhissalam gələcək, amma o axirətə getməmişdir. Başqa bir zaman ölçüsündədir. Axirətə gedəndən sonra gəlməz, inşaAllah. Yəni Allah ruhaniyyətini göndərə bilər. Bəzən bəzi vəlilərin ruhaniyyətini göndərər. Kəramət olaraq gələ bilərlər ruhaniyyətləri. Amma cismən gəlməzlər. Hz. İsa əleyhissalam cismən gəlir. Çünki cisim olaraq alınmışdır, cismən gələcəkdir. Lakin cinlər elə deyil. (Cənab Adnan Oktarın 19 fevral, 2010-cu il tarixli Kahramanmaraş Aksu TV müsahibəsindən)
Cinlərlə əlaqədar hürufü-müqəttada dərin sirlər var
Qeyd: Hürufü-müqətta – Qurani-Kərimin bəzi surələrinin əvvəlində gələn ayələrdir. Əlif, Lam, Mim, Ya, Sin kimi
Adnan Oktar: Hürufü-müqəttanın cinlərlə də əlaqəsi var. Yəni cin çağırmaqda, cinlərlə əlaqədə Hürufu Müqəttanın dərin sirləri var. Yəni Hürufu-Müqətta cinlərin anladığı bir xitabdır. Bəli, onlarla əlaqədə, ha, mim, ta, sin, mim və digər hürufü-müqəttanın çox dərin sirləri var, inşaAllah. Cinlərin də çox təsirləndiyi bir üsuldur, inşaAllah. (Cənab Adnan Oktarın 16 mart 2010-cu il tarixli Harun Yəhya TV müsahibəsindən)
Cinlər insanlara müsəllət olmazlar
Aparıcı: İnsanların cinlərdən təsirləndiyi və bu tip insanların olduğu cəmiyyətdə yaşayırıq, cinli insanların olduğu cəmiyyətdə yaşayırıq. İnsanlara zərər vermədiklərini söyləyirsiniz, amma insanlar bunun tam əksini söyləyirlər.
Adnan Oktar: Yox, elə bir şey olmaz. Yəni müsəllət oldu, belə oldu, elə oldu deyə izah edirlər. Belə bir şey yoxdur. Yəni qarabasma dedikləri hadisələrdə ya təzyiqləri yüksəlir, ya da narahatlıqları olur. Həkimimiz daha yaxşı bilər. Bunlar orqanik, tibbi narahatlıqlardır. Yəni belə şeylərdə özlərini zərərçəkmiş kimi göstərmələri həm komik olur, həm də xəcalətverici bir şeydir. Allaha dua etsinlər, Ayətül-kürsi oxusunlar, cinlərin o tərz bir xüsusiyyəti yoxdur. (Cənab Adnan Oktarın 31 oktyabr, 2009-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinlər hər evdə olur
"Normal evlərdə yaşayırlar. Ailəvi, hamısı bir yerdə, demək olar ki, hər evdə var. Amma onların heç kimə zərəri olmaz. Yəni insanların qorxmasına ehtiyac yoxdur". (Cənab Adnan Oktarın 27 mart 2010-cu il tarixli Qaziantep Olay TV müsahibəsindən)
UNO-lar cinlərin nümayişləridir
"Uçan dairə kimi görünənlər də, əslində, cinlərin nümayişidir. İşıq halında meydana gəlmələr, sonra metal görünüşünə çevrilmə, sonra birdən hissələrə ayrılıb yox olma və müxtəlif qoxular. Bunlar cinlərin klassik xüsusiyyətidir, anidən yox olma. Belə zaman-zaman insanlarla zarafatları olur". (Cənab Adnan Oktarın 5 may 2010-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
"Uçan naməlum obyektlər (UNO) cinlərin nümayişidir. Cinlər zaman-zaman metal görünüşü, insan görünüşü, pişik görünüşü, əqrəb görünüşü, quş görünüşü alarlar. Havada uçan şəkildə bir görünüş olur. Sonra o görünüş birdən itər, ani partlama ilə. Qoxuya çevrilə bilirlər. Məsələn, cinlər fərqli bir qoxu meydana gətirə bilərlər. Cinlərin klassik xüsusiyyətləridir. Yəni UNO deyə bir şey yoxdur. Cinlərin nümayişləri var". (Cənab Adnan Oktarın 29 aprel 2010-cu il tarixli Harun Yəhya TV müsahibəsindən)
Bəzi masonlar dinsiz cinlərlə əlaqədədir
Adnan Oktar: Əslində, bəzi masonlar cin çağırırlar. Çağırdıqları cinlər dinsiz cinlərdir. Şeytan deyilən cinlər, ateist cinlərdir. Məsələn, Bafomet... Daha dəyişik şəkildə təzahür edir. Yəni bu, masonların bir şəklidir. Bunu xatırladan tərzdə görünür. Onlar da yığıncaqda onun söylədiklərinə görə hərəkət edirlər. Yəni qeyd edirlər, nə söyləyirsə, nə izah edirsə, qeyd edirlər. Ayədə deyir, "Qabıq kimi üzərlərini örtdük", - deyir Allah. Bəzi masonlar şeytanlardan çox qorxurlar. Yəni, haşa: "Allahdan qorxan kimi, hətta daha çox qorxarlar", - deyir Allah ayədə. Yəni çox qorxurlar. Nə deyirsə, yerinə yetirirlər. Məsələn, müharibə edin desə, dərhal edirlər. Təbii, yəni hadisə çıxmasını istədiyində, qan tökülməsini istədiyində dərhal yerinə yetirirlər. Yəni Amerika, İngiltərə və İrlandiyadakı masonik quruluşlar bu tərzdədir. Cinlər olmazsa, ateist masonluğun fəaliyyəti olmaz. Cin şeytanlar olmasa, fəaliyyəti olmaz. (Cənab Adnan Oktarın 20 noyabr 2009-cu il tarixli Dem TV və Tempo TV müsahibəsindən)
Dünya kəşfiyyat təşkilatları da cinlərdən faydalanır, amma hz. Mehdi (ə.s) dövründə cinlərin hamısı hz. Mehdinin (ə.s) əmrində olacaq.
Allah belə bildirir, şeytandan Allaha sığınaram: “Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi". O istiqamətdə qabiliyyətləri var. Əslində, dünya kəşfiyyatında, Rusiya kəşfiyyatında da cinlərdən istifadə edilir. Kəşfiyyatda istifadə edilir. Amma hz. Mehdi (ə.s). hz. Süleyman (ə.s) kimi olacaq, tam mənada cinlərə malik olacaq. CİA-nın cinləri də təsirsiz qalacaq o zaman, FBR-in cini də qalmaz. Rusiyanın istifadə etdiyi cin də qalmaz. Çünki bütün güc, qüvvə Allahın əlindədir. Allah müsəlmanların əmrinə verən kimi, cinlər də müsəlmanların əmrinə keçər. (Cənab Adnan Oktarın 5 may, 2010-cu il tarixli Samsun Aks TV və TV Kayseri müsahibəsindən)
Cinləri yaradan Allahdır
Unutmaq olmaz ki, cinlər də eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər və ya fayda verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və axirətdə əməllərinin qarşılığını alacaqlar. Aləmlərin, göylərin, yerin və bu ikisi arasındakıların Rəbbi, aləmlərə möhtac olmayan uca Allah cinləri başqa bir aləmdə yaratmışdır.

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks



Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort izmir escort izmir escort izmir escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin gaziantep escort bayan gaziantep escort seks hikayeleri gaziantep escort Canlı bahis siteleri escort escort escort travestileri travestileri Escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com etlik escort etimesgut escort istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan antalya rus escort