Gargara Forum » Azərbaycan » İslami Mövzular » Cənnət insan idrakı sərhədlərinin fövqündədir

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 04 Nisan 2016, 23:25   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Cənnət insan idrakı sərhədlərinin fövqündədir

"...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız!" ("Zuxruf" Surəsi, 71)

Qurandakı tərif, təsvir və bənzətmələrə, bundan əlavə "Bəqərə" Surəsinin 25-ci ayəsində bildirildiyi kimi, cənnət nemətlərinin dünyada olanlara bənzəməsinə əsaslanaraq cənnətin necə bir yer olacağını əsas xüsusiyyətləri ilə təsəvvür edə bilərik. Bilirik ki, Allah möminləri "özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir" ("Muhəmməd" Surəsi, 6). Beləliklə, dünyada da Allahın izni ilə cənnətlə bağlı məlumatlar əldə etməyimiz mümkündür. Lakin əldə olunan bu məlumat yalnız Allahın bizə öyrətdiyi və cənnəti düşünməyimizə səbəb olan məlumatdır. "Bu məlumat bütünlüklə cənnəti tərənnüm edir" deyə bilmərik. Хüsusilə də bəzi ayələrdə diqqəti cəlb edən çox əhəmiyyətli bir təfsilat var. Bu da cənnətin "təxəyyülü canlandıran" təsviridir. İndi bu ayələrə baxmazdan əvvəl qeyd olunmalı bir məqama diqqət yetirək. Quranda bəhs edilən "orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar" ("Muhəmməd" Surəsi, 15) misalı bizlərə cənnətin insanların xəyalında olan şəklindən də üstün bir yer olduğunu hiss etdirir. Bu ayə insan ruhunda cənnətin bir "hədiyyələr və müjdələr məkanı" olması fikri yaradır.

Başqa bir ayədə də Allah cənnətdən "bir mərasim" kimi bəhs edir:

"Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir" ("Ali-İmran" Surəsi, 198)

Allah bu ayəsində cənnəti bir mərasim və əyləncə yeri kimi tanıdır. Dünya həyatının bitməsi, imtahandan alnıaçıq çıxılması və Quranın ifadəsi ilə desək, "əsl yurda", yəni əbədi yaşanacaq yerin ən gözəlinə çatmaq şübhəsiz ki, təntənə ilə qeyd olunmağa dəyən bir nəticədir. Bu mərasim özünün müddəti, ölçüləri və mahiyyəti ilə dünyada olanların heç biri ilə müqayisə olunmayacaq dərəcədə möhtəşəm bir mərasimdir. Belə bir mərasimin dünyada keçmişdən bu günümüzədək bütün xalqların və ölkələrin adət-ənənələrində yer alan bayram, mərasim və əyləncələrdən üstün olması dəqiqdir (ən doğrusunu Allah bilir).

Yorulmamaq, əbədi dünyada belə mərasimlərlə və buna bənzər növ-növ nemətlərlə daim məşğul olmaq özü ilə yalnız cənnətə xas bir sifəti də gətirəcək. Quranda bu gözəlliklə bağlı cənnətdəki möminlərin belə dedikləri bildirilir: "Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır" ("Fatir" Surəsi, 35). Bu yorğunluğa əlbəttə, zehni yorğunluq da daxildir.

Dünyəvi şərtlərdə insan cismani olaraq zəif yaradıldığına görə çox tez yorulur. Yorulduqda isə zehni qarışmağa başlayır, diqqəti dağılır, sağlam düşünməsi çətinləşir, dərk etməsi də zəifləyir. Halbuki bu vəziyyətdən cənnətdə söhbət getməyəcək. Zehin möminin Allahın nemətlərini tam dərk edə və bunlardan zövq ala bilməsi üçün həmişə aydın, şüuru iti olacaq. Dünyanın çatışmazlıqlarından biri olan yorğunluq hissi aradan qaldırılacağı üçün möminlərin sonsuz nemətlərdən daim istifadə edə bilməsi mümkün olacaq. Zövq alınması fasiləsizdir, bir nemətdən sonra digəri gəlir. Zövq almaqdan usanma hissinin duyulmamasına Allah tərəfindən zəmanət verilmişdir.

Allah yorğunluğun və usanma hissinin olmadığı bir şəraitdə möminlərin "hər dilədiyini" yaradaraq onları mükafatlandırır. Hətta "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur!" ("Qaf" Surəsi, 35) deyərək Allah insanın istədiyindən, xəyalına gətirəcəyindən də artığını verəcəyini, müəyyən həddə olan istəklərimizi cənnətdə mərtəbə-mərtəbə artırılacağını göstərir.

Yaddan çıxarmaq olmaz ki, həqiqi məkan olan cənnətin ən böyük nemətlərindən biri də cəhənnəm əzabından qorunmaqdır ("Duxan" Surəsi, 56). Hətta uğultusunu da eşitmədikləri ("Ənbiya" Surəsi, 102) cəhənnəmi görə bilən, cəhənnəm əhli ilə danışa bilən möminlər üçün bütün bunlar şükür vəsiləsi olacaq bir hadisədir:

"Və belə deyəcəklər: "Biz bundan əvvəl ailəmiz içində olarkən qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub bizi cəhənnəm əzabından qorudu. Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir!"" ("Tur" Surəsi, 26-28)

Cənnət elə möhtəşəm bir məkandır ki, Qurandakı tərifi belədir: "Hara baxsan, nemət və böyük bir mülk görərsən" ("İnsan" Surəsi, 20). Burada gözləri dolandırıb heç nəyi görməməkdən hətta söz gedə bilməz. Hər bir yer və bucaq və ya"hər bir görüntü" Allahın misilsiz elmi sayəsində saysız-hesabsız nemətlərlə doldurulmuşdur. Yalnız və yalnız Allahın rəhm edib bağışladığı və cənnətinə daxil etdiyi möminlərə məxsus yaradılmaqla... "Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər" ("Hicr" Surəsi, 47).

Onlar "cənnətlərdə əbədi qalıb oradan ayrılmaq istəməyəcəklər!" ("Kəhf" Surəsi, 108).
  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks

Seçenekler Arama
Stil


Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri gaziantep escort seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort gaziantep escort izmir escort izmir escort izmir escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort etlik escort etimesgut escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com Escort escort escort escort travestileri travestileri altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin