Gargara Forum » Azərbaycan » İslami Mövzular » Cəhənnəmdəki əzab

Yeni Konu Aç Konuyu Cevapla

     
LinkBack Seçenekler Arama Stil
Alt 04 Nisan 2016, 23:18   #1
buse
Avatar Yok
Üyelik tarihi: 15 Nisan 2015
Mesajlar: 12,520
Aldığı Beğeni: 0
Beğendikleri: 0
Standart Cəhənnəmdəki əzab



Cəhənnəmə aparılma
Cəhənnəm... Allahın “Qahhar” (qəhredici), “Cabbar” (istədiyini zorla etdirən), “Müntəqim” (intiqam alan) kimi adlarının sonsuza qədər təcəlli edəcəyi bu yer insana hər tərəfdən acı vermək üçün xüsusi bir yaradılışla yaradılmışdır. Quran ayələrində cəhənnəm yaşayan bir canlı kimi təsvir edilir. Bu canlı inkarçılara qarşı qəzəb, nifrət, hirs və istəklə doludur. Yaradıldığı gündən bəri səbirsizliklə Yaradıcısını inkar edən kafirlərdən intiqam almağı gözləyir. Ayələrdən məlum olduğunа görə, cəhənnəm insana dəlicəsinə susamışdır. Kafirlərə olan nifrətinə görə çılğına dönmüşdür. Yalançıları gördüyü zaman qəzəbinin şiddətindən parçalanacaq kimi olur. Bu atəşin yaradılışının tək məqsədi vardır - qəhredici bir əzab vermək. O da vəzifəsini yerinə yetirəcək, acıların ən böyüyünü verəcəkdir.
İnkarçılar Allahın hüzurunda hesaba çəkildikdən sonra kitablarını sol tərəfdən alarlar. Bu an əbədi olaraq içində qalacaqları cəhənnəmə atılacaqları andır. Kafirlər üçün heç bir qaçış imkanı yoxdur. Hazır saxlanılan milyardlarla insanın yaratdığı məhşər izdihamı kafirlər üçün bir qurtuluş və ya gözdən qaçma imkanı yaratmaz. Heç kim bu izdihamın arasına qarışıb özünü unutdura bilməz, özünü gizlədə bilməz. Cəhənnəm əhlinin hər biri özü üçün təyin olunmuş bir şahid, bir də onu gətirən mələklə gələr:
“Sur çalınacaqdır. Bu, vəd olunmuş gün - əzab günüdür! Hər bir kəs bir sürüyüb gətirənlə və bir də şahidlə gələcəkdir. “Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!” Yaddaşı təhkim olunmuş mələk deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
“Atın cəhənnəmə bu inadcıl kafiri, xeyirə mane olanı, həddi aşanı, şəkk edəni! O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!”” (“Qaf” surəsi, 20-26).
Kafirlər bu qorxunc yerə doğru üst-üstə sürüklənərək aparılacaqlar. Quranın ifadəsi ilə desək, dəstə-dəstə cəhənnəmə doğru sövq ediləcəklər. Ancaq orа yахınlаşdıqcа cəhənnəmin qorxusu ürəklərini üzər. Çünki cəhənnəmin dəhşətli gurultusu və uğultusu uzaqdan eşidilir:
“Onlar qaynayan cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, qeyzindən az qala parça-parça olsun...” (“Mülk” surəsi, 7-8).
Başqa bir ayədə istifadə edilən ifadəyə görə isə atəş inkarçıları “uzaq bir yerdən görər” və “qəzəbli hirsə” qapılar.
Ayələrə görə, inkarçılar dirilişlə birlikdə başlarına gələcəklərini hiss etməyə başlayacaqlar. Boyunları aşağı dikilmiş və utandıqlarından bükülmüşlər. Başları aşağı əyilmiş, dostsuz, köməksiz qalmış, təkəbbürləri qırılmış, çökmüş haldadırlar. Utandıqlarına görə başlarını qaldırmadan gözlərinin ucu ilə baxarlar. Bir ayədə belə deyilir:
“Sən onların zillətdən boyunlarını büküb, altdan-altdan, gizlin cəhənnəm oduna baxdıqları halda onun qabağına gətirildiklərini görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!” Bilin ki, zalımlаr daimi əzab içində olacaqlar” (“Şura” surəsi, 45).
Cəhənnəmə giriş, qarşılanma və cəhənnəmin qatları
Sonda cəhənnəmin qapısına çatırlar. Quranda olacaq hadisələr belə xəbər verilir:
“Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər siz öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdimi?” Onlar isə: “Bəli, gəlmişdi, lakin əzab sözü biz kafirlər barəsində vacib oldu!” deyə cavab verəcəklər. Belə deyiləcək: “Girin cəhənnəmin qapılarına, orada əbədi qalmaq üçün!” Təkəbbür göstərənlərin məskəni necə də pisdir!” (“Zumər” surəsi, 71-72).
Cəhənnəmin qapıları isə hər bir kafir qrupu üçün xüsusi olaraq vəd edilmişdir. İnsanlar Allaha qarşı üsyanlarının şiddətinə görə təsnif olunub siniflərə ayrılmışlar. Cəhənnəmdə də Quranda bildirilən yerlərə və qazandıqları günahlara görə fərqli əzab təbəqələrinə yerləşdiriləcəklər. Bir ayədə belə deyilir:
“Allah buyuracaq: “Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin!” Hər tayfa girdikcə dindaşına və ya tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnəmdə toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!” Allah buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”” (“Əraf” surəsi, 38).
Digər bir ayədə cəhənnəm içindəki fərqli “təbəqə”lərdən belə bəhs edilir:
“Şübhəsiz ki, cəhənnəm onların hamısına vəd olunmuş yerdir! Cəhənnəmin yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər” (“Hicr” surəsi, 43-44).
Ən alt təbəqədə yer alanlar, başqa sözlə desək, ən böyük əzabla qarşılaşanlar isə iman gətirmədikləri halda mömin təqlidi etməyə çalışan ikiüzlü “münafiqlər”dir. Quranda belə deyilir:
“Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapa bilməzsən!” (“Nisa” surəsi, 145).
Cəhənnəm nifrətlə doludur, kafirlərdən doymaz, bəşərə əzab verməyə susamışdır. İçinə atılan çox sayda inkarçıya baxmayaraq daha artığını istəyər.
“O gün Biz cəhənnəmə: “Doldunmu?” deyəcəyik, o isə: “Yenə varmı?” deyə cavab verəcəkdir” (“Qaf” surəsi, 30).
Bir dəfə yaxaladığını sonsuza qədər tutub saxlayar. Allah öz Kitabında cəhənnəmi belə tərif edir:
“Biz onu Səqərə atacağıq. Sən nə bilirsən ki, nədir Səqər! O, doymaz və buraxmaz! O, insanı yandırıb-yaxar!” (“Müddəsir” surəsi, 25-29).
Əlbəttə, cəhənnəmə giriş elə yellənə-yellənə bir giriş də deyildir. Yuxarıdakı ayəyə görə, kafirlər cəhənnəmə “atılırlar”. Digər bir ayə isə kafirlərin cəhənnəmə аdətən çöp kimi “atıldığı”nı bildirir (“Şuəra” surəsi, 94).
Kilidlənən qapıların arxasındakı sonsuz həyat
Kafirlər cəhənnəmə girdikləri zaman cəhənnəmin qapıları üzlərinə bağlanır və ən dəhşətli mənzərələrlə qarşılaşırlar. Bir az sonra atəşə atılacaqlarını və bunun da sonsuza qədər davam edəcəyini başa düşmüşlər. Qapıların bağlanması artıq bir çıxışın və ya qaçışın olmadığını göstərir. Allah inkarçıların halını belə xəbər verir:
“Ayələrimizi inkar edənlər isə əməl dəftərləri sol əllərinə verilənlərdir! Onları hər tərəfi qapalı cəhənnəm gözləyir!” (“Bələd” surəsi, 19-20).
Üzləşdikləri əzab Quran ifadəsi ilə desək, “böyük bir əzab” (“Ali-İmran” surəsi, 176), “şiddətli əzab” (“Ali-İmran” surəsi, 4) və “acıqlı bir əzabdır” (“Ali-İmran” surəsi, 21).
İnsanın dünya həyatında sahib olduğu ölçü və parametrlər cəhənnəm əzabını tam olaraq dərk etməyə kifayət etmir. Bir neçə saniyə belə atəşə və ya qaynar suya dözməyən insan sonsuza qədər davam edəcək bir atəş əzabını ağlında lazım olduğu kimi canlandıra bilməz. Hətta dünyadakı atəşin verdiyi hər hansı bir ağrı cəhənnəm əzabının şiddəti ilə müqayisə edilə bilməz. Allahın əzabının heç bir bənzəri yoxdur:
“O gün Allahın etdiyi əzabı heç kəs edə bilməz! Heç kəs Allah kimi zəncirləyə bilməz!” (“Fəcr” surəsi, 25-26).
Quranda bildirildiyinə görə, cəhənnəmdəki həyat hər anı hərtərəfli işgəncələrlə dolu olan bir həyatdır. Cəhənnəmdəki bu həyat isə rəzilliyin, səfilliyin, fiziki və psixoloji əziyyətlərin, işgəncələrin çox müxtəlif şəkildə tətbiq edilməsindən ibаrətdir. Cəhənnəm əzabını dünyadakı hər hansı bir şeylə müqayisə etmək əlbəttə ki, mümkün deyildir.
Cəhənnəm əhli beş hissiyyat orqanı ilə də əzab çəkəcək. Gözü dəhşətverici və iyrənc mənzərələr görər; qulağı qorxunc və ağrıverən səslər, uğultular, gurultular, iniltilər, bağırtılar eşidər; burnu ən pis və iyrənc qoxularla dolar; dili ən iyrənc dadları dadar, ən dözülməz acıları hiss edər; dərisi və bütün bədəni hətta bir hüceyrəsi də sağ qalmadan yanar, şiddətli ağrı-acılar içində qıvrılar. Heç cür ölüb yox olmaz. Qurandakı ifadə ilə desək, “cəhənnəm oduna necə də səbirlidirlər!” (“Bəqərə” surəsi, 175). Dərilər təzələnir, əzabda heç bir kəsilmə və yüngülləşmə olmadan eyni işgəncə sonsuza qədər davam edər. Yenə Qurandakı ifadə ilə desək, artıq kafirlər “istər dözsünlər, istər yox” (“Tur” surəsi, 16).
Ən az fiziki ağrılar qədər şiddətli mənəvi əzablar da vardır. Rəzil və peşman olar, çarəsizliyini və ümidsizliyini düşündükcə ürəyi yanar, qan ağlayarlar. Sonsuzluq ağıllarına gəldikcə məhv olarlar. Əzabın bir milyon il sonra və ya bir milyard il sonra, ya da trilyonlarla il sonra sonа çаtаcаğı hаqqındа düşüncə onun üçün böyük bir ümid və sevinc qaynağı ola bilərdi. Amma əzabın bir daha heç sonunun gəlməyəcəyini, cəhənnəmdən heç bir zaman çıxışın olmayacağını bilməsi və bununlа bаğlı yаrаnаn ümidsizlik hissi dünyadakı hər hansı bir ümidsizlik hissilə müqayisə edilməyən bir hissdir.
Qurandakı təsvirlərdən başa düşüldüyünə görə, cəhənnəm pis qoxusu, dar, gurultulu, qaranlıq, dumanlı, havasız və kimsəsiz bir məkan olub orаdа hüceyrələri qovuran istilik hökm sürür. Ən iyrənc yemək və sular, oddan geyimlər, kül rəngli mühit ilə yаnаşı, sonsuza qədər artan əzab vаrdır. Bu mühiti yalnız bəzi cəhətlərinə görə nüvə müharibəsindən sonrakı dünyanı təsvir edən filmlərdəki qaranlıq, pis, iyrənc mənzərələrə bənzədə bilərik. Əlbəttə, belə bir məkanda ona uyğun olan bir həyatdan bəhs edilir. Cəhənnəm əhli eşidir, danışır, qaçmağa çalışır, oda yaxılır, əzabının yüngülləşdirilməsini istəyir, susаyаr, acır, peşmançılıq hiss edir. Şüuru çox açıqdır.
Bu mühitdə cəhənnəmliklər pis və iyrənc məkanlarda heyvanlar kimi yaşayarlar. Yemək kimi ancaq zəqqum ağacını və ya darı tikanını tapa bilərlər. İçki kimi isə irin, qan və qaynar sudan başqa bir şeyləri yoxdur. Bu yerdə alov onları hər tərəflərindən əhatə etmişdir.
Yanan dərilərinin yerinə yeniləri yaradılır. Beləcə, odun verdiyi ağrı arasıkəsilmədən, heç yüngülləşmədən davam edər. Dəriləri yanıb tökülmüş, əlləri yanmış, bütün vücudları yanıq, qan, irin içində olduğu halda, zəncirlərə vurulur və qırmanclanırlar. Boyunları zəncirlənir, əlləri boyunlarına bağlı olaraq dar yerlərə atılırlar. Zəbanilər tərəfindən oddan olan yataqlara yatırılırlar, üzərlərinə örtdükləri örtük belə oddandır. Bu əzablardan qurtula bilmək üçün arasıkəsilmədən fəryad edərlər, yalvararlar, amma onlаrа cavab belə verilməz. Ən azı bir günlük də olsa, əzablarının yüngülləşdirilməsini istəyərlər, amma yenə rəzil durumla və əzabla qarşılaşarlar.
Cəhənnəmlə bаğlı təsvir edilənlərin hаmısı bir həqiqətdir. Bu gün dünyada yaşadığımız həyat qədər, hətta daha çox həqiqətdir.
Allaha onun tam olaraq istədiyi kimi deyil, bir az ibadət edənlər (“Həcc” surəsi, 11); “necə olsa Allah bağışlayar” deyərək günah işləyib əzabda müəyyən bir müddət qalacaqlarını umanlar (“Ali-İmran” surəsi, 24); Allahdan başqa tanrılar əldə edərək pul, mənfəət, karyera kimi anlayışları həyatlarının məqsədi halına gətirənlər; Allahın dinini öz istəklərinə görə dəyişdirənlər; Quranı şəxsi mənfəətlərinə görə izah edənlər; imandan sonra inkar edənlər, bir sözlə, bütün kafirlər, müşriklər və münafiqlər hamısı cəhənnəmə atılacaqlar. Bu, Allahın dəqiq bir sözüdür və baş verəcəkdir:
“Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq. Lakin Mən: “Cəhənnəmi mütləq bütün cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm”” (“Səcdə” surəsi, 13).
Bu insanlar da cəhənnəm üçün xüsusi olaraq yaradılmışdır:
“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlildirlər. Qafil olanlar da məhz onlardır!” (“Əraf” surəsi, 179).
Atəşin əzabı
Cəhənnəmdəki bu həyatın içində ən böyük və əsas əzab şübhəsiz ki, atəş, alov, oddur. Odun cəhənnəmin xarakterik xüsusiyyəti olması onun insanın varlığını yox edən bir ünsür olmasından qaynaqlanır. Od insan vücudunun ən dərin nöqtələrinə, Quran ifadəsi ilə desək, “hüceyrələrinə” qədər işləyən bir əzabdır.
Cəhənnəm əhli cəhənnəmdə “alovlu atəş” (“Məaric” surəsi, 15), qəzəbli, “alovlanan bir atəş” (“Furqan” surəsi, 11) bu atəşin içinə atılar və çığırtılı fəryadla yanarlar. Bir ayədə belə deyilir:
“Tərəzisi yüngül gələn kimsənin məskəni isə Haviyə olacaqdır. Bilirsinizmi, Haviyə nədir?! O, çox qızmar bir atəşdir!” (“Qariə” surəsi, 8-11).
Ayədən də göründüyü kimi, atəş cəhənnəmin hər yerini bürümüşdür. Bu çuxurda atəşdən qorunulаcаq, atəşin çatmadığı bir yer yoxdur. Kafir digər fiziki və ruhi işgəncələrə tabe olarkən də, həyatının hər anında atəşlə qarşılaşır. Atəş son dərəcə böyükdür. Qurandа bu atəşin böyüklüyü və şiddəti ifadə edilərkən, atəşin qığılcımları haqqında “saray” və “dəvə sürüləri” kimi bənzətmələr işlədilir.
“O gün vay halına yalan sayanların! “Girin yalan hesab etdiyiniz cəhənnəm əzabının içinə! Girin üç qola ayrılmış kölgəsinə!” O, nə kölgəlik olar, nə də alovdan qoruyar. O, bir saray boyda qığılcımlar saçar. O qığılcımlar sanki dəvə sürüləridir” (“Mursəlat” surəsi, 28-33).
Kafirlər atəşdən qaçmaq, ondan qurtulmaq üçün bütün güclərini sərf edərlər. Amma qaçmalarına izn verilməz. O, elə bir atəşdir ki,“çağırır üz döndərəni” (“Məaric” surəsi, 17). Başqa bir ayədə isə belə deyilir:
“Fasiqlərə gəldikdə isə onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” deyiləcəkdir” (“Səcdə” surəsi, 20).
Belə bir odda yananların təsəvvür edə bilməyəcəyiniz çığırtı və iniltiləri belə cəhənnəm əhli üçün xüsusi bir əzab qaynağıdır. Orada“sümükləri sındıran inilti, ah-nalə gözləyir” (“Ənbiya surəsi, 100). Başqa bir ayəyə görə isə “bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir” (“Hud”, 106).
Atəş dözülməz bir ağrıdır. İnsan bir kibrit çöpünün alovuna belə barmağını bir saniyə tuta bilməz. Qorxunc bir ağrı hiss edər. Ancaq bu dünyada bunа bənzər şəkillərdə hiss etdiyimiz atəş əzabı cəhənnəmdəkinin yanında çox zəifdir. Çünki insan dünyada uzun müddət yana bilməz. Əgər yanan bir atəşin içinə düşmüşsə, 5-10 saniyə içində can verər, atəşin böyük ağrısını çox qısa bir anda yaşayar.
Ancaq cəhənnəmdəki vəziyyət çox qorxuncdur, çünki oradakı atəş insanı öldürməz, yalnız ağrı çəkdirər. Cəhənnəm əhli əbədi bir şəkildə davam edən bir atəşin içində sonsuza qədər yanacaqdır. Onlar bu prosesin sonsuza qədər davam edəcəyini bilib dözülməz bir çarəsizlik, ümidsizlik və bədbəxtlik içindədirlər.
Əzabın başqa tərəfi də kafirlərin xüsusi olaraq üzlərinin yanmasıdır. İnsanı lovğalandıran, onu təkəbbürləndirən, bu təkəbbürlə özünü qüsursuz görməsini təmin edən vücudunun ən mühüm yeri üzüdür. Çünki üz insana ayrı bir fərd olma xüsusiyyəti qazandırır. “Mən” deyə tanınan varlığın ən bəlli göstəricisi üzdür. Üz gözəllik və çirkinlik anlayışlarının ən sıx olaraq toplandığı yerdir. İnsanlar qəzetlərdə, ya da televizorda üzü çox yanmış birini gördükdə mərhəmətlə birlikdə ürpənərlər, iyrənər və pis duyğular yaşarlar. Sonra Allahdan diləyərlər ki, onları belə bir fəlakətdən qorusun. Heç kimsə belə bir fəlakətin onun öz başına da gəlməsini istəməz. Zatən qısa bir müddətdə bu mənzərə unudulur.
Ancaq küfrün qəflətdə olduğu bir şey vardır ki, o da oxşar bir aqibətə ağıllarına gəlməyəcək qədər sürətlə addım-addım yaxınlaşmaqda olmalarıdır. Cəhənnəmdəki atəş insan vücudunun hər nöqtəsinə böyük ağrılar verir. Amma insanın üzünün yanması an ağrılısıdır. Gözlər, qulaqlar, burun, dil və dərinin, yəni beş hissiyyat orqanının hamısının eyni anda olduğu tək və ən mühüm nahiyə üzdür. İnsan üzə dəyən zərbələrə qarşı çox həssasdır, ən kiçik bir hərəkətə şiddətli və çevik bir reflekslə cavab verir. Cəhənnəmdə isə üz odda qızardılır, qaynar sularla pörtülür. Ağrının ən sıx hiss edildiyi yerə ən ağır işgəncələr verilir. Bu əzab ayələrdə belə təsvir edilir:
“Üzləri odda çevrildiyi gur anlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” deyəcəklər” (“Əhzab” surəsi, 66).
“Köynəkləri qatrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!” (“İbrahim” surəsi, 50).
“Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar” (“Muminun” surəsi, 104).
Cəhənnəmin odunları, qaynar su və dağlanan vücudlar
Kafirlərin cəhənnəm odu içində yanаcаğı bildirilərkən Quranda diqqəti cəlb edən daha bir ifadə işlədilir. Bu ifadəyə görə, kafirlər yana-yana “cəhənnəmin odunu” halına gələcəklər. Cəhənnəmdə atəşin qovurduğu hər hansı bir əşya kimi yanmazlar. Kafirlərin özləri atəşin özünü, yanacağını təşkil edəcəklər:
“Haqq yoldan çıxanlar isə cəhənnəm üçün odun olacaqlar” (“Cinn” surəsi, 15).
Odunun özü atəşi yandıran hər hansı bir cisimdən daha uzun müddət, daha şiddətlə, için-için yanar. Kafirlər də yalan saydıqları bu atəşin odunu olarlar. Ayələr bu həqiqəti belə xəbər verir:
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...” (“Təhrim” surəsi, 6).
“Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!” (“Ali-İmran” surəsi, 10).
“Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəmdə yanacaqsınız. Siz cəhənnəmə varid olacaqsınız!” (“Ənbiya” surəsi, 98).
Odun yerinə keçən insanlarla yanaşı bir də od yandırmaq üçün istifadə olunan həqiqi odunlar vardır. Ancaq burada da fərqli bir əzab yaşanar. Dünyada ikən dost, məsələn, ər-arvad olan inkarçılar bir-birinin atəşinə odun daşıyarlar. Quranda Əbu Ləhəbdən və onun arvadından belə bəhs edilir:
“Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə mal-dövlət fayda verəcək, nə də qazandığı. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır!” (“Təbbət” surəsi, 1-5).
Bu, dünyada yаşаnаn bütün münasibətlərin burаdа qopması deməkdir. Dünyada ikən bir-birini çox sevdiklərini söyləyən və birlikdə Allaha qarşı üsyan edən kafirlər cəhənnəmdə bir-birinin atəşini böyüdərlər. Burada tam bir xəyanətdən bəhs edilir. Allahdan başqa dost bildikləri bütün dostlar, ən yaxınları, həyat yoldaşları da daxil olmaqla, bir-birinə düşmən olmuşlar.
Canlı və cansız odunlarla bu şəkildə yanan atəş həm də kafirləri bişirən suları qaynadar.
İnsanın ən böyük orqanı vücudunu tamam örtən, onun hiss etməsini, zövq almasını təmin edən dərisidir. Dərinin qalınlığı bir neçə millimetr аncаq olаr. İnsanın ən çox dəyər verdiyi üzü, əlləri, qolları, ayaqları və küfrün günah işləməsinə səbəb olan digər bütün orqanları dəri tərəfindən örtülmüşdür. İnsan dərisi böyük zövq qaynağı ola bildiyi kimi eyni zamanda həssaslığı üzündən ən böyük ağrı mənbəyi də ola bilər. Dərinin ən zəif olduğu nöqtə isə atəşə və qaynar sulara qarşı olan zəifliyidir. Atəş dərini qovurub-yandırar, qaynar su isə bişirər. Qaynar su insanın dərisini hətta bir nöqtədə də boş buraxmadan bütöv bürüyər. İncə dərini qabardаr, dəri iltihabla şişər, su toplanar və partlayar, beləcə dözülməz bir əzaba səbəb olar. Dünyadakı fiziki gözəlliyi, gücü, qüvvəti, mövqeyi, şöhrəti, heç bir şeyi insanı qaynar bir suya qarşı dözümlü etməz. Quran ifadəsi ilə desək, “Onları küfr etdiklərinə görə qaynar su və şiddətli bir əzab gözləyir!” (“Ənam” surəsi, 70). Başqa bir ayədə isə belə deyilir:
“Əgər ölən kimsə yalan yayanlardan və haqq yoldan azanlardandırsa, ona qaynar su ziyafəti veriləcək. Və özü də cəhənnəmə atılacaqdır. Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir!” (“Vaqiə” surəsi, 92-95).
Başqa bir yerdə isə kafirlərə veriləcək qaynar su əzabı belə bildirilir:
“Onu tutub cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! Bunu dad bir, görək! Sən ki, çox qüvvətli, möhtərəm bir şəxs idin! Bu, şəkk etdiyiniz əzabdır!” (“Duxan” surəsi, 47-50).
Bunlarlа yаnаşı, atəş əzabının bəzi fərqli növləri vardır. Bunlardan biri də cəhənnəm əhlinin vücudlarının odda qızdırılan metallarla dağlanmasıdır. Ancaq özlərini dağlamaq üçün istifadə ediləcək bu metallar dünyada ikən Allaha şərik qoşduqları mal-mülkləridir:
“Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. De ki: “Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızı dadın!”” (“Tövbə” surəsi, 34-35).
Cəhənnəmdəki başqa əzablar
Cəhənnəm əksər insanlаrın zənn etdiyi kimi yalnız bir cür “nəhəng soba” deyil. Cəhənnəmə gedən insanlar odda yanacaqlar. Bu, doğrudur. Amma cəhənnəmdə olan tək şey yalnız atəş deyil. Orada insana qаrşı həm fiziki, həm də psixoloji əzablаr müxtəlif üsullarlа tətbiq edilir.
Dünyada işgəncə üçün çox fərdi üsul və vasitələrin olduğunu bilirik. Bu işgəncələr zamanı insаn ya şikəst qalar, ya da ağrıdan ölər. Sağ qalanlar isə əsasən əqli cəhətdən sağlamlığını qismən, hətta bəzən tamamilə itirirlər. Lakin bu dünyadakı işgəncə üsulları cəhənnəmdəkilərə nisbətən müqayisə edilməz dərəcədə yüngüldür. Cəhənnəmdə çox fərqli işgəncə üsullarından istifadə ediləcək. Dünyada bədəninə elektrik verilərək işgəncəyə məruz qoyulan bir insanı da, elektriki də, insanın elektriklə bağlı olan ağrı hisslərini də Allah yaratmışdır. Hələ insana ağrı verəcək bir çox bilinməyən qaynaq və insanın bilinməyən bir çox zəif tərəfləri var. Allah yaratdığı bəndələrinin zəifliklərini ən yaxşı biləndir. Bu zəif yönlərinə görə ən çox ağrını da yenə Allah verəcəkdir. Bu, “Muazzib” (əzab verən) və “Qahhar” (qəhredici) olan Allahın qanunudur.
Quran ifadəsi ilə desək, cəhənnəmdə əzab hər tərəfdən gəlir. Özlərini əzabdan qorumağa fürsətləri yoxdur, əzab hər tərəfdən onları əhatə edir. Üstlərindən, altlarından gələn əzabı qovmağa güc çatdıra bilməzlər. Bir ayədə belə deyilir:
“Onlar səndən əzabın tez gəlməsini istəyirdlər. Həqiqətən kafirləri bürüyəcəkdir! O gün əzab onları başlarının üstündən, ayaqlarının altından saracaqdır. Allah onlara: “Etdiyiniz əməllərin cəzasını dadın!” deyə buyuracaqdır” (“Ənkəbut” surəsi, 54-55).
Bundan əlavə, cəhənnəmdə olan və bizim bu anda bilmədiyimiz başqa əzab qaynaqları da Quranda bu şəkildə xəbər verilir:
“Cəhənnəm gözləyir. İçində yаnаcаqlаrı cəhənnəm. Orа nə pis yаtаqdır! Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! Buna bənzər daha başqa əzablar dа vardır” (“Sad” surəsi, 56-58).
Bu və digər ayələrdən cəhənnəmdəki əzabın çox fərqli növləri ola biləcəyini başa düşürük. Bunların atəş, rəzillik kimi ən bəlli olanları ayələrdə bildirilmişdir, amma güman ki, cəhənnəmdə hələ başqa çoxlu sаydа əzab və işgəncə növləri də var. Məsələn, od və qaynar suyun yanında vəhşi heyvanların hücumu, əqrəblər, böcəklər və ilanlarla dolu olan bir çuxura atılmaq, ac siçovulların hücumuna məruz qalmaq, diri ikən qurdlanmış yaralara sahib olmaq və bunlardan da artıq təsəvvür edilməz dərəcədə bütün əzab qaynaqları, həm də hamısı eyni anda ola bilər.
İsti, qaranlıq, tüstü və darlıq
Dünyada insana ən çox sıxıntı verən mühitlər dar, pis, qaranlıq və isti mühitlərdir. Çox isti, nəmli mühit insanı boğar, yüksək nəm ən əsas ehtiyac olan tənəffüsü çətinləşdirər. Nəfəs almamaq insanı şiddətli şəkildə təngnəfəs edir, ürəyini sıxır. Çox isti və nəmli havalarda kölgə belə insanı rahatlaşdırmır. Görünməyən, amma qalın bir təbəqə insanın hər tərəfini əhatə edir, nəfəs borusundan girib sinəsini sıxır. Məsələn, insan dəbdəbəli saunalardakı yüksək istiliyə və rütubətə çox qısa bir müddət dözə bilər. On dəqiqə sıx buxar altında qalmağa dözməyən bir аdаm saunada qalsa, qısa bir müddət ərzində halı ağırlaşаr. Bir az da qalsa, rütubətdən və istilikdən qıvrılaraq ölər.
Cəhənnəmdə də bu cür boğucu atmosfer hakimdir. Dünyada istiliyə qarşı bir çox tədbirlər görən insan cəhənnəmdə çarəsizdir. Mühit ən isti çöldən daha isti, ən qaranlıq, havasız hüceyrələrindən daha sıxıntıverici və pisdir. İsti insanın ən kiçik parçası olan hüceyrələrinə qədər işləyir. Kafirlər üçün qovurucu istiliyə qarşı bir qoruyucu, genişləmə və ya sərinləmə imkanı yoxdur. Quranda cəhənnəm əhlinin bu halından belə bəhs edilir:
“Sol tərəf sahibləri! Kimdir onlar?! Onlar səmum yeli və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! O kölgə nə sərin, nə də xoşagələndir” (“Vaqiə” surəsi, 41-44).
“O gün vay halına yalan sayanların! “Girin yalan hesab etdiyiniz cəhənnəm əzabının içinə! Girin üç qola ayrılmış kölgəsinə!” O, nə kölgəlik olar, nə də alovdan qoruyar” (“Mursəlat” surəsi, 28-31).
Bu cür boğucu atmosfer içində bir də dar bir yerə soxulmaq əzabı var. Bir ayədə kafirlərə tətbiq olunacaq bаşqа bir cəza belə bildirilir:
“Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!” (“Furqan” surəsi, 13-14).
Bu dünyada dar bir yerdə qapalı vəziyyətdə qalmaq həqiqətən də insanı dəli edəcək qədər təngnəfəs edən bir əzabdır. Dar bir kamerada həbs günahkarlara verilən ağır cəzalardan biridir. Yol qəzalarında parçalanmış bir maşının içində saatlarla sıxılıb sağ qalan zədələnənlərin vəziyyəti, bir zəlzələ və ya sürüşmə nəticəsində torpaq altında qalan insanların çarəsizliyi ən böyük fəlakətlərdən biri hesab olunur. Lakin bu kimi nümunələr cəhənnəmdəki mühitlə müqayisədə olduqca yüngüldür. Ən mühüm olanı budur ki, çöküntülər altında qalan və ya oxşar bir yerdə sıxılan insan ya bir müddət sonra şüurunu itirib ölür, ya da bir müddət sonra xilas olunur. Nəticədə çəkilən ağrının bir sonu, bitmə zamanı vardır. Lakin cəhənnəmdə nə bir son var, nə də bir ümid. Pis, yandırıcı, havasız, qaranlıq, dumanlı bir atmosferdə, özü də əlləri boynuna bağlanan və dar, ensiz bir yerə soxulmuş inkarçı suda boğulan bir insan kimi dözülməz bir əziyyət çəkər. Çapalayır, çırpınır, qurtulmağa çalışır, amma tərpənə bilmir. Sonda ayədə bildirildiyi kimi, ölüb yox olmağı istəyir. Ancaq bu da mümkün deyil. Soxulduğu o dar yerdə dünya ölçüsü ilə aylar, illər, bəlkə də əsrlər boyu qalacaq, gedərək artan bir sıxıntı içində bir dəfə yox olmağı istəyəcəkdir. Oradan çıxarılarkən isə qurtuluşa deyil, cəhənnəmin başqa bir əzabına aparılacaqdır.
Yeməklər, içkilər və geyimlər
Dünya Allah tərəfindən insan üçün saysız-hesаbsız, ləzzətli və qidalandırıcı ərzaqlarla doldurulmuşdur. Fərqli ləzzətdəki ətlər, cürbəcür rəng, dad və qoxudakı meyvə və tərəvəzlər, baldan südə qədər heyvan mənşəli ərzaq məhsulları, hətta ədviyyatlar Allah tərəfindən insan üçün xüsusi olaraq yaradılmış və dünya var olduğu gündən etibarən insanlara böyük səxavətlə verilmişdir. Bu arada insan vücudu da bu ləzzətləri qəbul edə biləcək quruluşda Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. İnsan gözəl nemətlərə qarşı Allahın verdiyi bir ilhamla iştah və arzu hiss edər. Eyni şəkildə də pis və iyrənc maddələrə (çürümüş, qoxumuş maddələr, irin, iltihab, qan və s.) qarşı da bir diksinmə və iyrənmə hiss edər. Bu da insana ilham edilmiş başqa bir xüsusiyyətdir.
Allahın Rəhman sifəti bu dünyada olan nemətlərin daha üstünlərini cənnətdə möminlər üçün sonsuza qədər hazır edəcəkdir. Cəhənnəm əhli isə dünyada etdiklərinin cəzası olaraq Allahın lütfkar və ruziləndirici (Rəzzaq) sifətlərindən çox uzaqda qalаcаqlаr (“Şuəra” surəsi, 19). Artıq onlar üçün yalnız əzab vardır. Bir ayədə belə deyilir:
“Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün: “Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”” (“Əhqaf” surəsi, 20).
Artıq onlar üçün heç bir nemət yoxdur. Ən əsası, ən təbii ehtiyaclarının təmin olunması belə onlar üçün bir əzaba çevrilmişdir. Qidalar bir ağrı kimi Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. Artıq sonsuza qədər yeyə biləcəkləri yeganə şey darı tikanı və zəqqum ağacıdır. Bunlar da nə doydurur, nə də qidalandırır. Yalnız ağrı verirlər: ağzı və boğazı cırılır, qarınlarını parçalayıb qanadır, iyrənc bir dad və qoxu verirlər. Ayələrdə cənnətdəki möhtəşəm gözəlliklərdən və ləzzətlərdən bəhs edildikdən sonra cəhənnəm əhlinin qidaları belə tərif edilir:
“Qonaq olmağa bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalımlаr üçün bir bəla, dərd etdik. O, elə bir ağacdır ki, cəhənnəmin lap dibindən çıxar. Onun meyvəsi şeytanların başı kimidir. Onlar ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar” (“Səffat” surəsi, 62-66).
“Onların yeməyi zəridən başqa bir şey olmayacaqdır. O yemək nə qüvvət verər, nə də aclıqdan qurtarar” (“Casiyə” surəsi, 6-7).
Cəhənnəm əhli Allahı tanımamasının cəzasını bu şəkildə çəkir. Cəza kimi özlərinə hazırlanmış bir “ziyafət” var. Etdikləri günаhlаrınа görə inkarçılar edənlərin günahı və onlar üçün hazırlanan bu xüsusi “ziyafət” “Vaqiə” surəsində belə bildirilir:
“Onlar bundan əvvəl naz-nemət içində idilər.
Özləri də böyük günah içində israr edib dururdular.
Və belə deyirdilər: “Əcəba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra həqiqətən yenidən diriləcəyikmi?!
Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da diriləcəklərmi?!”
De ki: “Əvvəlkilər də, sonrakılar da. Məlum bir günün müəyyən bir vaxtında mütləq cəm ediləcəklər. Sonra siz ey yalançılar, haqq yoldan azanlar.
Şübhəsiz ki, zəqqum ağacının meyvəsindən yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş dəvə kimi içəcəksiniz”” (“Vaqiə” surəsi, 45-55).
Dünyadakı boğaz ağrıları, şiddətli qarın sancıları insana ən çox sıxıntı və ağrı verən xəstəliklərdən olduğu halda cəhənnəmdə bütün bunlardan daha şiddətliləri sonsuza qədər kafirin həyatının bir parçasını təşkil edəcəkdir. Yemək məcburiyyətində olduqları bu qidalar boğazlarında tıxanıb qalаcаqdır. Uda bildikləri isə qarınlarında ərimiş metal parçası kimi qaynar olаcаqdır. Aclıqlarını aradan qaldıra bilməzlər. Cəhənnəm əhli sonsuza qədər qorxunc və davamlı bir aclıq içindədir.
İşin maraqlı tərəfi budur ki, bu hadisə bir dəfə olmaz, sonsuza qədər təkrarlanıb gedər. Çünki cəhənnəm əhli elə acdır ki, daha öncə saysız kərə yoxladığı halda əzabını artırmaqdan başqa daha bir işə yaramayan bu tikanları hər dəfə yemək məcburiyyətində qalar. Ardından da qaynar suya hücum edər. Amma bu su nə həzm etdirir, nə də susuzluğunu aparır. Yuxarıdakı ayədə də deyildiyi kimi, xəstə dəvələr kimi içdikcə susuzluqları daha artar. Bu cəzanı yaxşı çəkmələri üçün kafirlər cəhənnəmə susamış olaraq soxularlar (“Məryəm” surəsi, 86).
Qaynar su ilə bərabər onlara içirilən başqa iyrənc bir içki isə irindir. Tibbdə ən pis qoxu verən irin kafirlərin seçməyə məhkum olduğu ikinci içkidir. İrinlə yanaşı, onun aid olduğu yaradan çıxan qan da bu iltihabla bərabər qarışdırılıb küfr edənlərə təqdim olunur. Başqa bir ayədə isə həm irindən, həm də üstünə qatılmış qaynar sudan bəhs edilir. Kafir həm qaynar suyun əzabını, həm də irinlə iyrənc dadını birlikdə bu şəkildə eyni anda dadır.
Təqdim olunan içkilər bu qədər iyrənc və dözülməz olsa da, kafirlərin susuzluqlarını aparmaq üçün daim bunlara doğru qaçması onların susuzluqlarının dözülməz dərəcədə olmasını göstərir. Birinin əzabını dadıb digərinə qaçarlar. Bu da yeməklərində olduğu kimi əbədiyyətə qədər təkrarlanır. Cəhənnəm əhli sonsuza qədər davam edən qorxunc bir susuzluq içində qıvrılır:
“Onlar orada sonsuz müddət qalacaqlar. Onlar orada nə bir sərinlik görəcək, nə də istəməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa! - uyğun cəza olaraq” (“Nəbə” surəsi, 24-26).
“Bu gün bax, burada onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər!” (“Haqqə” surəsi, 35-37).
Ağızlarına aldıqları bu qarışığı heç cür uda bilmirlər, boğazlarında qalır. Udmağa, udqunmağa çalışır, amma bacara bilmir. Qan və irinlə boğulurlar, ancaq yenə də heç cür ölə bilmirlər:
“Hələ qarşıda cəhənnəm vardır. İrinli-qanlı sudan içiriləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz. Hələ bunun ardınca dəhşətli bir əzab gələcəkdir!” (“İbrahim” surəsi, 16-17).
Bu çarəsizlik içində özləri üçün xüsusi olaraq yaradılan bir dialoq imkanı ilə cənnət əhli ilə danışаrlar. Onların necə gözəl nemətlərlə təchiz olunduqlarını görərlər. Bu, çəkdikləri əzabı qat-qat artırаr. Bu arada cənnət əhlindən bir az özlərinə də nemət verilməsini istəyərlər, amma bu, boş yerə olan yalvarışdır:
“Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” deyə cavab verəcəklər” (“Əraf” surəsi, 50).
Yemək-içməklə bərabər geyimlər də küfr edənlər üçün xüsusi olaraq hazırlanmışdır. İnsan dərisi həssasdır. Qızğın bir sobaya və ya ütüyə bir saniyə belə toxuna bilməz. Təsadüfən toxunduğu zaman isə günlərlə ağrı çəkər, yarası suluq, dərisi qabar olar. Cəhənnəmdə isə bir ütüdən daha çox qızğın geyimlər insanın vücüdunun hər tərəfini bürüyüb yapışacaq, insanın qovmağa gücü çatmadığı bir atəş olub dəriləri qovuracaqdır:
“...Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir...” (“Həcc” surəsi, 19).
Asfaltı yola yapışdıran qətran cəhənnəmdə kafirin paltarı olar, onun üstünə yapışıb için-için yanaraq onun vücudunu əridər:
“Kafirlərin geyimləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir!” (“İbrahim” surəsi, 50).
“Onlar üçün cəhənnəmdən döşək və üstlərinə örtmək üçün yorğan vardır. Biz zalımlаrı belə cəzalandırırıq!” (“Əraf” surəsi, 41).
Zəbanilər
Bu vəziyyətin sonsuza qədər dаvаm etdiyinə görə cəhənnəm əhlinə acıyacaq, onları atəşdən qurtaracaq, onlara yardım edə biləcək heç bir insan yoxdur. Allahla əbədi şəkildə danışa bilməzlər. Unudulmağın, tərk edilməyin və itirilməyin iztirabını yaşayarlar. Bir ayənin ifadəsi ilə desək, “bu gün bax burada onun yaxın bir dostu yoxdur” (“Haqqə” surəsi, 35). Qarşılaşdıqları yeganə şey sonsuz həyatlarında onlara saysız-hesаbsız əzab və işgəncələr verən əzab mələkləri, yəni zəbanilərdir. Cəhənnəm əhlinə əzab verən bu mələklər zərrə qədər mərhəmət hissinə sahib deyillər. Bunlar son dərəcə rəhmsiz, sərt, güclü və dəhşətverici mələklərdir. Onlar aləmlərin Rəbbi olan Allaha küfr edənlərdən layiq olduqları şəkildə intiqam almaq üçün yaradılmışlar və vəzifələrini qüsursuz şəkildə yerinə yetirirlər:
“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daşqəlbli və çox sərt təbiətli mələklərdir” (“Təhrim” surəsi, 6).
“Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o, özünün bütün tərəfdarlarını köməyə çağırsın! Biz də zəbaniləri çağıracağıq!” (“Ələq” surəsi, 15-18).
Bu zəbanilər Allahın kafirlərə bəslədiyi üzərindəki qəzəbinin bir təcəssümüdür. Kafirləri hər tərəfdən ən qorxunc, ən acı və ən alçaldıcı, təhqiramiz rəftar gözləyir.
Bu arada səhv başa düşülməməsi lazım olan mühüm bir məqam var. Zəbanilər əslində ən kiçik bir zülm və ya haqsızlıq etməzlər. Onlar inkarçılara layiq olduqları cəzanı nə əskik, nə də artıq, yəni ən gözəl bir şəkildə verirlər. Allahın ədalətinin ən gözəl nümunəsi və daşıyıcısı olan bu mələklər Allahın onlara verdiyi vəzifəni böyük bir zövq və itaətlə yerinə yetirən tamamilə məsum və mübarək varlıqlardır.

  Alıntı Hızlı Cevap
Yeni Konu Aç Konuyu Cevapla

Bookmarks

Seçenekler Arama
Stil


Forum Günün Sözü
Powered by vBulletin® Version 3.8.9
Copyright ©2000 - 2024, Jelsoft Enterprises Ltd.
seks hikayeleri gaziantep escort seks filmi izle sincan escort kızılay escort rus escort etlik escort gaziantep escort izmir escort izmir escort izmir escort Ankara escort bayan Escort ankara Escort ankara Escort eryaman Keçiören escort Escort ankara Sincan escort bayan Çankaya escort bayan istanbul Escort istanbul Escort Acıbadem Escort Ataşehir Escort Bostancı Escort Göztepe Escort Kadıköy Escort Kartal Escort Kurtköy Escort Maltepe Escort Anadolu Yakası Escort Kartal escort Kurtköy escort Maltepe escort Pendik escort Kartal escort etlik escort etimesgut escort Escort bayan Escort bayan bahisu.com girisbahis.com Escort escort escort escort travestileri travestileri altyazılı porno şişli escort istanbul escort mecidiyeköy escort beşiktaş escort taksim escort fındıkzade escort çapa escort fatih escort topkapı escort escort şişli escort bayan bayrampaşa escort merter escort escort mecidiyeköy bursa escort bursa escort bursa escort bursa escort bursa escort alt yazılı porno Casibom Casibom Casibom Giriş Casibom Yeni Giriş Onwin