Bir zamanlar fantastik filmlərə mövzu olan robot xidmetciler artıq reallığa çevrilir və düzünü desəm bu məni qorxudur. Yaponiyanın Sasebo şəhərində dünyada ilk dəfə robot işçilər çalışan otel fəaliyyətə başlayıb. Oteldə 10 "nəfər" robot işçi və 10 nəfər insan işçi çalışır. Receptionda sizi qarşılayacaq əməkdaşların (görünüşcə dinozavra və standart robot formasına malik olan "əməkdaşlardan başqa) ilk baxışdan insan olmadıqlarını anlamaq çətindir. Belə ki, onlar sərbəst 4 dildə danışa, göz qırpa, nəfəs ala və mimiklərdən istifadə edə bilirlər. Digər bir robot otağğınızı təmizləyəcək, başqa biri isə sabah qəhvənizi hazırlayacaq. Otelin bir gecə üçün qiyməti isə olduqca münasibdir 80 usd.